Ermənistanın Rusiyadakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan etimadnaməsini Rusiya Federasiyasının prezidentinə təqdim edib.
“Belarus, Ermənistan və Azərbaycanın səfirlərini burada görməyə şadam. Həmin dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən mehriban dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir”, - Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, Moskva istisnasız olaraq bərabərlik, daxili işlərə qarışmamaq və beynəlxalq hüquq normalarına riayət prinsipləri əsasında bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.