Noyabrın 5-də Ermənistan Şurasının katibi Armen Qriqoryan “Ermənistan-İran. Əməkdaşlığın tərəqqi və yeni perspektivləri” adlı seminarı çərçivəsində İranın analitik mərkəzlərinin ekspertlərinə Ermənistanın regional siyasətini təqdim edib.
Təhlükəsizlik Şurasının katibi ekspertlərin Ermənistana səfərini alqışlayıb və siyasi dairələr və ekspert icmasının nümayəndələri arasında etimadın və şəffaflığın gücləndirilməsinə yönəlmiş belə seminarların keçirilməsinin vacibliyini qeyd edib.
A. Qriqoryan Ermənistanla İran arasında münasibətlərin inkişafının gedişatını təqdim edib və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qriqoryan Ermənistanın regional siyasətini, ER hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini, Ermənistan-Qərb münasibətlərini təqdim edib.
O, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesinə və onun son inkişaflarına toxunub.
Qriqoryan ekspertlərin suallarını cavablandırıb.