“Ermənistan Azərbaycana qarşı” işi üzrə Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın 12 noyabr 2024-cü il tarixində təqdim etdiyi ilkin etirazlara dair qərarını verəcək. Bu barədə Ermənistan Respublikasının beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi məlumat verib.
Açıq məhkəmə iclası saat 15:00-da (Yerevan vaxtı ilə 18:00-da) Haaqadakı Sülh Sarayında keçiriləcək və iclasda Məhkəmənin sədri, hakim Navaf Salam Məhkəmənin hökmünü oxuyacaq.
Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə bağlı Ermənistan Azərbaycana qarşı işlərə başlayıb.
21 aprel 2023-cü ildə Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını təqdim edib və Məhkəmə Reqlamentinin 79-cu maddəsinin 3-cü hissəsinə əsasən, sözügedən ilkin etirazlarla bağlı Məhkəmənin qərarının dərc edilməsinə qədər iş üzrə icraat dayandırılıb.
25 aprel 2023-cü il tarixli qərara əsasən, Ermənistan Məhkəmə sədrinin müəyyən etdiyi müddət ərzində Azərbaycanın ilkin etirazları ilə bağlı öz yazılı müşahidələrini və mövqeyini təqdim edib.
“Ermənistan Azərbaycana qarşı” işi üzrə qərar dərc edildikdən dərhal sonra məhkəmə Ermənistanın Azərbaycan Ermənistana qarşı işi üzrə təqdim etdiyi ilkin etirazlara dair qərarını verəcək.