İsveçli ekoloji fəal Qreta Tunberq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Bakıya getməyəcəyini açıqlayıb.
Onun sözlərinə görə, konfransın Bakıda keçirilməsi “riyakarlıqdır”, çünki Azərbaycan öz vətəndaşlarını repressiya edən, ermənilərə qarşı etnik təmizləmə aparan avtoritar ölkədir.
Tunberq hazırda Gürcüstandadır. O, müxalifətin dünən Tbilisidə keçirdiyi mitinqdə iştirak edib.
"Mən azadlıq, ədalət və demokratiya kimi fundamental hüquqlarını müdafiə etmək üçün addımlayan bütün fəalları və vətəndaşları dəstəkləmək üçün buradayam"- Tunberq qeyd edib.