Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz səslə liderdir. Seçicilərin 44,96 faizi onun rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanogloya səs verib.
Bu, MSK-nin ilkin məlumatıdır. Bu göstəriciyə xaricdəki bəzi seçki məntəqələrində səsvermənin nəticələri daxil edilmir.
Moldovanın daxilində də səsvermə protokolları tam hazırlanıb. MSK-nin məlumatına görə, ölkə sakinləri əsasən 51,19 faiz səs toplayan Stoyanogloya səs veriblər, Sandu 48,81 faiz səs toplayıb.
Xatırladaq ki, ölkə başçısı 4 il müddətinə seçilir.
Noyabrın 3-də yerli vaxtla saat 21:00-a olan məlumata görə, seçici fəallığı 54,07% təşkil edib, 1,7 milyona yaxın vətəndaş səs verib.