Baş nazir Nikol Paşinyan Moldova Respublikasının Prezidenti Maya Sanduya prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.
“Moldova prezident seçkilərində qələbəniz münasibətilə sizi təbrik edirəm.
Ermənistan və Moldova arasında münasibətlərin davamlı inkişafı Ermənistan hökumətinin xarici siyasət gündəliyinin prioritetlərindən biridir. Əminəm ki, növbəti illərdə biz birgə səylərlə yaxın tarixi əlaqələrə və demokratiyanın fundamental dəyərlərinə söykənən ikitərəfli münasibətləri genişləndirə və daha da möhkəmləndirə biləcəyik”.