Ağır atletika üzrə Ermənistan yığmasının üzvü Petros Petrosyan Polşada keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında 384 kq nəticə ilə qızıl medal qazanıb.
Bu çəkidə Ermənistanın digər təmsilçisi Yaşa Minasyan 354 kq nəticə ilə 7-cidir.
M20-nin yarışında isə Ermənistanın digər təmsilçisi +109 kq çəki dərəcəsində Aşot Movsisyan 359 kq nəticə göstərərək gümüş medal qazanıb.
Belə ki, Ermənistanın gəncləri və gənc ağırlıqqaldıranları Polşanın Raşin şəhərində keçirilən 20 və 23 yaşlılar arasında Avropa çempionatında misilsiz nəticə göstərərək 13 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar.