X-nin mikrobloqunda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Serbiyada dəmir yolu vağzalında baş vermiş faciəvi çökmə bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bu kədərli anda biz həmrəyliyimizi bildiririk”, - deyə XİN qeyd edib.