Azərbaycanda keçiriləcək COP29 sammitində ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. TURAN-ın Vaşinqton müxbiri xəbər verir ki, dövlət katibi Blinken Bakıya getməyəcək.
Dövlət Departamenti cümə axşamı bildirib ki, ABŞ Administrasiyasının 20 departamentinin və təşkilatından olan yüksək vəzifəli rəsmiləri noyabrın 11-22-də Bakıya səfər edəcək.
Builki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID rəhbəri Samanta Pauer daxil deyilər.