ER İranla ticarət dövriyyəsini iki dəfə artıra bildi. Son illərə qədər Ermənistanın ticarət dövriyyəsi 300 milyon dollar civarında dəyişirdisə, son illərdə iki dəfə artaraq 700 milyon dollara çatıb. Bunu ER iqtisadiyyat naziri Gevorq Papoyan Parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib və vurğulayıb ki, ER Aİİ-nin İranla birbaşa sərhədi olan yeganə ölkədir.
Nazir qeyd edib ki, bu gün ER Aİİ iqtisadiyyatının təxminən 1 və ya daha azına, Aİİ-İran ticarət dövriyyəsinin isə 13,5 faizinə xidmət edir.
“Bu, coğrafi yaxınlığın nə qədər vacib olduğunu göstərir.
Mən həm də sevinclə qeyd etmək istəyirəm ki, biz ərazi baxımından BƏƏ-yə ən yaxın ölkəyik və bu, bizim üçün turizm, ticarət və digər əlaqələr baxımından böyük imkanlar açır”, - deyə nazir bildirib.
Papoyan onu da xatırladıb ki, İranın gömrük rüsumu əvvəllər 23 faiz idisə, indi 8,3 faizə düşüb.
“İranın çox böyük enerji resursları var və bu enerji resurslar İrana aşağı qiymətlərlə rəqabətqabiliyyətli məhsullar əldə etməyə imkan verir.
İran bazarına faktiki olaraq daxil olmaq çox çətindir, obyektiv olaraq çox çətindir. İndi də bu imkan (23-dən 8,3 faiz [azalma]), gömrük rüsumlarının 3 dəfə azaldılması erməni iş adamları üçün İran bazarına nüfuz etməyə çalışmaq üçün yaxşı fürsətdir”, - nazir bildirib.