ER xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyası ilə münasibətlərinə toxunub.
“Bilirsiniz, bizi güclü iqtisadi əlaqələr bağlayır, bəzi xarici siyasət məsələlərində fikir ayrılıqları var, biz həmişə bir-birimizin fikirlərini bölüşmürük.
Bu, bizim birlikdə üzvü olduğumuz bir və ya iki ayrı platformaya, məsələn, KTMT-yə aiddir. Lakin bizim əməkdaşlığı davam etdirdiyimiz, məsələn, Avrasiya İqtisadi Birliyi çərçivəsində bir sıra istiqamətlər var.
Nazir Gürcüstanla münasibətlərə toxunaraq qeyd edib ki, Gürcüstanla həmişə strateji əlaqələrimiz olub, lakin indi iki ölkə bu barədə sənəd imzalayıb.
“Biz Gürcüstanla əlaqələri inkişaf etdirməyə davam edəcəyik”.
Şərq istiqamətində 2025-ci ildə Ermənistan Hindistan, Çin və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.