Ümumiyyətlə, istər COP29 kontekstində, istərsə də ondan kənarda biz Azərbaycanla və digər tərəfdaşlarımızla söhbətlərdə məhbusların və digər həbs edilmiş şəxslərin dərhal azad edilməsi, eləcə də digər humanitar məsələlər barədə daimi olaraq danışırıq. Bilirsiniz, itkin düşənlər məsələsi var, zorla yoxa çıxma məsələsi var və s. Bu, bizim daimi müzakirələrimizdən və 1 nömrəli prioritetlərimizdən biridir.
Bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Ermənistanın COP29-da iştirakına gəlincə, Mirzoyan bildirib ki, “COP29-da iştirakımız heç bir şəkildə təsdiqlənməyib. Biz dəvət almışıq, bu məsələdə heç bir rəsmi reaksiya və münasibət göstərməmişik”.