Əmək və Sosial Məsələləri Nazirliyi xəbər verir ki, nazir Narek Mkrtçyan Qətər Dövlətinə səfəri çərçivəsində ölkənin aparıcı şirkətlərindən biri olan “Snoonu”nun həmtəsisçisi və baş icraçı direktoru Hamad Mübarək Əl-Həcri ilə görüşüb.
Müzakirələrin əsasını hər iki ölkədə mövcud işçi qüvvəsindən tam istifadə və potensialın gücləndirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir sıra məsələlər təşkil edib. Tərəflərin səmərəli əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində bundan sonra da lazımi işlərin görülməsinə hazır olduqları vurğulanıb.
İşçi qüvvəsinin aktivləşdirilməsi istiqamətində görülən işlər son zamanlarda imzalanmış “Ermənistan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Ermənistan Respublikası vətəndaşlarının Qətər Dövləti ərazisində əmək fəaliyyətinin tənzimlənməsinə dair Saziş” çərçivəsində götürdüyü öhdəliklərdən irəli gəlir.