DW yazır ki, İran və İsrail son aylarda davam edən hücumlardan sonra Tehran hərbi büdcəsini artırmağı planlaşdırır.
İran hökumətinin sözçüsü Fatemeh Mohaceraninin sözlərinə görə, ölkə rəhbərliyi hərbi büdcəni təxminən 200% artırmağı planlaşdırıb.
Bu açıqlama İran və İsrail arasında gərginliyin dərinləşməsi fonunda və ona qarşı cavab hərbi hücumlarından sonra verilib.
İran və İsrail bir neçə aydır ki, raket yaylımları mübadiləsi aparırlar, şənbə günü isə İsrail İranın İsrailə raket hücumuna cavab olaraq İrana zərbə endirib.
İran artıq 600.000-dən çox aktiv qoşun və 350.000-ə yaxın ehtiyatda olan hərbiçi ilə Yaxın Şərqin ən böyük ordularından birinə malikdir.