Macarıstanda Avropa İttifaqı Parlamentlərinin Aİ məsələləri üzrə komitələrinin konfransı keçirilib.
Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə daimi komitəsi üçüncü dəfədir ki, konfransda dəvətli şəxs qismində iştirak edir. Erməni qanunvericilər çıxışlarında sülh gündəminə, Ermənistan-Aİ münasibətlərinə toxunublar.
Bu barədə ER parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeğoyan bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar davam edir və biz ən qısa zamanda yekun razılığın əldə olunmasına ümid edirik”, - deyə o bildirib.