ABŞ Dövlət Departamentinin sözçüsü Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü arzusu” partiyasını avtoritar liderlərin yolu ilə getməməyə, Avro-Atlantik ictimaiyyətlə hansı münasibətlər qurmaq istədikləri barədə düşünməyə çağırıb.
“Gürcüstan hökuməti qanunun aliliyinə hörmət etməklə, seçki prosesindəki qüsurları düzəltmək, antidemokratik qanunları ləğv etməklə və Aİ-yə üzvlük üçün zəruri olan islahatları davam etdirməklə demokratik Avro-Atlantik kursa sadiqliyini bir daha təsdiq edə bilər”, – Metyu Miller əlavə edib.
O, bu il ərzində antidemokratik hərəkətlərdən imtina etməyə çağırıb, əks halda nəticələrin olacağını istisna etmir.