Oktyabrın 29-da Ermənistanın müdafiə naziri Suren Papikyan Almaniya Federativ Respublikasının ER-də yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buşu qəbul edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Papikyan səfiri Ermənistanda missiyasına başlaması münasibətilə təbrik edib, Ermənistan və Almaniya arasında əməkdaşlığın inkişafında yeni nailiyyətlər arzulayıb.
Görüş zamanı Ermənistan və Almaniya arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və gələcək planlar ilə bağlı məsələlər müzakirə olunub.
Müdafiə naziri müdafiə sahəsində islahatların gedişini təqdim edib.
Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.