ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistana göstərdiyi dəstəyə görə vəzifəsini tərk edən həmkarı litvalı Qabrielius Landsberqisə təşəkkür mesajı göndərib.
“Əziz dost, Ermənistan və Litva arasında münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsinə verdiyiniz töhfəyə, həmçinin Ermənistanın Aİ-də daha güclü iştirakını dəstəklədiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.
Regionumuzun problemləri ilə bağlı prinsipial mövqeyiniz də yüksək qiymətləndirildi.
Dostluğunuza görə təşəkkür edirəm və Sizə gələcəkdə uğurlar arzulayıram”, - Mirzoyanın X səhifəsində deyilir.