Yaxın vaxtlarda əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfi ilə görüş gözlənilir. Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan deyib.
“Yaxın vaxtlarda belə bir görüşün baş tutması çox mümkündür. Tarixləri qeyd etməyəcəyəm, lakin çox güman ki, yaxın vaxtlarda komissiyalar çərçivəsində görüş keçiriləcək”, - Abazyan qeyd edib.
Onun sözlərinə görə, belə bir görüşün dəqiq tarixləri və yeri hələ razılaşdırılmayıb.
O, jurnalistlərin Ermənistan sərhədlərini məhz yerli sərhədçilərin qoruya bilib-bilməyəcəyi barədə sualını cavablandırıb. Abazyan vurğulayıb ki, indi olmasa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.