Üç əsas məsələ eyni vaxtda həll edilməlidir: dayanıqlığın gücləndirilməsi və iqtisadi potensialın artırılması, fiskal sabitliyin qorunması və makrofiskal risklərin idarə edilməsi. Bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan ER 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsini təqdim edərkən deyib.
O, dövlət büdcəsinin xüsusiyyətlərindən danışaraq qeyd edib ki, 2025-ci ildə kapital xərclər təxminən 733 milyard dram təşkil edəcək.
“Onu da qeyd etmək lazımdır ki, kapital xərclərin 55,8 faizi müdafiə sektoruna yönəldiləcək. Müdafiə sektorunun xərcləri 664,7 milyard təşkil edəcək ki, bu da 2024-cü il dövlət büdcəsində müdafiəyə yönəldilən xərcləri 20 faiz üstələyəcək.
Nəticədə müdafiə xərcləri ÜDM-in 6 faizini təşkil edəcək və 2024-cü ildəkindən 0,7 faiz bəndi çox olacaq”, - Hovhannisyan vurğulayıb.
Nazirin sözlərinə görə, bu, yəqin ki, büdcəmizin ən vacib hissəsidir.
“Çünki bütün gücümüz burada cəmləşib. Başqa sözlə, bizim bu il qoyduğumuz potensial, güc müdafiə sektorunun inkişafındadır”, - Vahe Hovhannisyan bildirib.