Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində "Gürcü Arzusu" partiyasının qələbəsi münasibətilə təbrik edib.
"Gürcüstanla münasibətlərin ardıcıl inkişafı Ermənistan hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.
Düşünürəm ki, Gürcüstanda sizin rəhbərliyiniz altında növbəti illərdə və bizim birgə səylərimiz sayəsində Ermənistan və Gürcüstan arasında əməkdaşlıq sabit şəkildə inkişaf edəcək və genişlənəcək.
Ölkələrimiz arasında qurulmuş strateji tərəfdaşlıq ümumi çağırışlarla birgə mübarizə aparmaq və regionumuzu daha sabit, təhlükəsiz və firavan etmək üçün real imkanlar yaradır." , - Nikol Paşinyanın təbrik məktubunda qeyd edilib.