Azərbaycanın prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında Əsasnaməniin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib.