Hollandiyanın Leyden Universitetinin kitabxanasının arxivində saxlanılan bütün qədim erməni əlyazmaları və kitabları rəqəmsallaşdırılacaq. Bu barədə “Netherlands Diary” məlumat yayıb.
Yaxın gələcəkdə rəqəmsallaşdırılacaq ən qiymətli nümunələrdən biri 1666-cı ildə Voskan Yerevanlının təşəbbüsü ilə Amsterdamda çıxan erməni dilində ilk çap olunmuş İncil olacaq.
Leyden Universitetinin Kitabxanası 1575-ci ildə yaradılıb və dünya mədəniyyətinin inkişafında mühüm rol oynayıb və bu gün Avropanın ən böyük kitab kolleksiyası burada yerləşir.