Oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası ilə liderlərin toplantısına yekun vurlub.
Kazanda keçirilən sammit zamanı 13 dövlət BRICS-in tərəfdaş ölkəsi statusunu alıb. Bunlar aşağıdakılardır:
Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tayland, Uqanda, Özbəkistan və Vyetnam.
Bildirilir ki, bu dövlətlərin hələ ki assosiasiyaya tamhüquqlu üzv olmaq planları yoxdur.
BRICS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir.
2024-cü il yanvarın 1-dən Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da BRICS-ə qoşulub.