Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüş keçirib.
Tərəflər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.
Cənubi Qafqazdakı vəziyyətin nizamlanması da müzakirə mövzularından biri olub.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş terror aktını qınayıb və bununla əlaqədar Ərdoğana başsağlığı verib.