2024-cü il oktyabrın 24-də BRİCS-in 16-cı sammiti çərçivəsində Rusiyanın Kazan şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.
ER Hökumətindən bildirilib ki, tərəflər ikitərəfli sülh gündəliyinin təşviqi ilə bağlı məsələləri, o cümlədən sülh sazişi, sərhədin demarkasiyası, delimitasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xarici işlər nazirlərinə “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş üzrə ikitərəfli danışıqları qısa zamanda yekunlaşdırmaq tapşırılıb.