Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında niyə iki bəyanatı imzalamadığını açıqlayıb.
Ermənistan XİN rəhbəri təfərrüatların məxfi olduğunu, ona görə də, qısa şərhlə kifayətlənəcəyini deyib.
“Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasından sonra qəbuledilməz ifadələrə görə iki bəyanata qoşulmayıb. Müzakirələrin təfərrüatlarını açıqlamaq istəmirəm, çünki bu danışıqlar bağlı qapılar arxasında keçib və diplomatik konfidensiallığın müəyyən elementlərini ehtiva edir. Biz bu bəyanatlarda əksini tapmayan təkliflər etmişik və əksinə, sənədlərdə bizim üçün qəbuledilməz olan ifadələr yer alıb. Ona görə də, sonda bu bəyanatlara qoşulmamaq qərarına gəldik”, – deyə Mirzoyan vurğulayıb.
Qeyd edək ki, Moskvada qəbul edilən bəyanatlardan biri Avrasiya məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq prinsiplərinə aid olub.