Avropa Parlamentində Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlərə dair qətnamə 453 lehinə, 31 əleyhinə və 89 bitərəf olmaqla qəbul edilib.
Səsvermədə 573 deputat iştirak edib.
Qətnamədə Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyib. Sənəddə fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı repressiyalardan danışılıb. Deputatlar bildiriblər ki, bu sui-istifadə halları COP29-un Bakıda keçirilməsilə bir araya sığmır. Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Bakıdan qaz asılılığına son qoymağa çağırıblar.
Deputatlar qətnamədə Azərbaycana qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarılmağa çağırıb.
Eyni zamanda, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırıblar. Qeyd ediblər ki, Azərbaycanın Naxçıvanla bağlı problemləri Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşılmaqla həll etməlidirlər.
Avropa Parlamentinin deputatları həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə öz dəstəyini təsdiqləyərək iki ölkə arasında münasibətlərin normallaşmasına və çoxdan gözlənilən sülh sazişinin imzalanmasına tərəfdardır.
Avropa Parlamentinin deputatları öz mövqeyini bir daha təsdiqləyiblər ki, Aİ Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü təhdid edən istənilən şəxs və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə hazır olmalıdır.
Qətnamənin lehinə səs verənlər Aİ-nin bir neçə üzv dövlətinin Ermənistana müdafiə hərbi dəstəyinin göstərilməsi istiqamətində hərəkətlərini alqışlayıb və üzv dövlətləri oxşar təşəbbüsləri nəzərdən keçirməyə çağırıblar.
Qətnamədə həmçinin Aİ və Ermənistan arasında ikitərəfli münasibətlərin yeni sürəti alqışlanır, Komissiya və Şura Ermənistanın Aİ ilə əməkdaşlığı genişləndirmək istəyini fəal şəkildə dəstəkləməyə çağırılır.
Deputatlar Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin bütün qərarlarına, o cümlədən Dağlıq Qarabağdan məcburi köçkün düşmüş insanların təhlükəsiz, maneəsiz və tezliklə geri qayıtması üçün tədbirləri əks etdirən 17 noyabr 2023-cü il tarixli qərarına tam əməl etməyə çağırıblar. Millət vəkilləri həmçinin Dağlıq Qarabağda erməni mədəni, dini və tarixi irsini məhv etməməyi və onun qorunmasını tələb ediblər.
Qətnamə üzv dövlətlərə Azərbaycana hərbi və təhlükəsizlik texnikasının bütün ixracını dondurmağa çağırıb.
Aİ və onun üzv dövlətlərinə Aİ-nin Ermənistandakı missiyasının mandatını gücləndirmək, daha da artırmaq və fəaliyyət müddətini uzatmaq çağırışı edilib.