Ermənistan Xarici İşlər Nazirliyi X səhifəsində Türkiyədə törədilən terror aktını pisləyib.
“Ankarada baş verən hücum göstərdi ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə bəyan etdiyi kimi, terrorun istənilən formasına və buna bənzər zorakılıq aktlarına qarşıdır”, - bəyanatda deyilir.