Ermənistan Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa İttifaqının mülki missiyasının mandatının uzadılmasının tərəfdarıdır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
“Bildiyim qədər, Aİ missiyanın mandatının uzadılması imkanını nəzərdən keçirir... Biz Aİ-nin müşahidəçi missiyasının olmasını zəruri hesab edirik”, - o deyib.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrell 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bəyan etmişdi. Avropalı məmurun sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması vasitəsi olacaq.