Türkiyədən Ermənistanla Azərbaycan arasında vasitəçilik təklifi olmayıb.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib.
"Türkiyənin bu prosesdə iştirakı göz qabağındadır, istək də göz qabağındadır və olması da təbiidir. Yeganə təklif 3+3 idi ki, biz bunu müzakirə edib öz reaksiyamızı verəcəyik. Mənim təəssüratlarıma görə, onlar da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını gözləyirlər və öz tərəfdaşları olan Azərbaycanı hər cür dəstəkləməyə çalışırlar, lakin bununla yanaşı, arqumentlər sahəsində artıq deyiləsi söz yoxdur. Məndə belə təəssürat yaranır ki, onların da bir sualı var: niyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmır? Məncə, bu, yaxşı xəbərdir", - spiker deyib.