Oktyabrın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı Ermənistan və ABŞ arasında ikitərəfli gündəliyin məsələləri, o cümlədən cari layihələr, müsbət dinamika və inkişafa yönəlmiş gələcək perspektivlər müzakirə edilib.
XİN rəhbəri Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri vurğulayıb və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində son müzakirələrə toxunub.
"Bu kontekstdə nazir Mirzoyan Ermənistanın regionda sabit sülhə nail olmaqda maraqlı olduğunu vurğulayıb və əlavə edib ki, bu məsələ onun Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazır olmasında açıq şəkildə əksini tapır" , - məlumatda qeyd edilir.