Kazanda Rusiya prezidenti və Hindistan baş naziri arasında görüş baş verib.
Vladimir Putin qeyd edib ki, Rusiya BRİCS formatında Hindistan ilə əməkdaşlığa əhəmiyyət verir. Rusiya Prezidentinin sözlərinə görə, Moskva ilə Yeni Dehli arasında münasibətlər “imtiyazlı tərəfdaşlıq” xarakteri daşıyır.
Modi Putinlə danışıqlar zamanı da bəyan edib ki, Ukraynadakı münaqişə sülh yolu ilə həll edilməlidir.
Hindistanın baş nazirinin sözlərinə görə, onun Kazana səfəri Moskva ilə Yeni Dehli arasında sıx koordinasiya və möhkəm dostluğun göstəricisidir.