Bakının "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha bir nəfərin cəsədi aşkar edilib.
Bu barədə məlumatl Azərbaycan Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Daha əvvəl də bildirilib ki, su basmış tuneldən bir nəfərin cəsədi çıxarılıb.
Azərbaycan KİV-ləri yazır ki, Sabunçu tunelinin tikintisinə milyonlarla manat pul xərclənib. Tunel 2020-ci ildə tikilib, yağış və qrunt suların kənarlaşdırılması üçün 3 nasos və transformator quraşdırılıb. Yəqin ki, bütün bunlar üçün də xeyli pul yeyilib, kağız üzərində milyonlarla vəsait göstərilib. Bu gün də nəticəsi göz qabağındadır.