Oktyabrın 22-də Avropa Parlamenti Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələlərini müzakirə edəcək.
“Çərşənbə axşamı AP deputatları Aİ Komissiyası ilə müzakirələr aparacaqlar, cümə axşamı isə qətnamə səsə qoyulacaq. Müzakirələr zamanı həmçinin Azərbaycan və Ermənistan münasibətləri müzakirə olunacaq”, - AP mətbuat xidmətindən bildiriblər.