ER Parlamentinin sədri Alen Simonyan Çexiyaya rəsmi səfəri çərçivəsində Çexiya Parlamentinin Deputatlar Palatasının Çexiya-Ermənistan Dostluq Qrupunun sədri Marek Benda ilə görüşüb.
ER Parlamentindən verilən məlumata görə, həmsöhbətlərin müzakirəsinin mərkəzində iki ölkə parlamentləri arasında əməkdaşlıq və mövcud əlaqələrin fəallaşdırılması məsələləri dayanıb.
ER Parlamentinin sədri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının təfərrüatlarını da dostluq qrupunun deputatlarına təqdim edib. Azərbaycanda saxlanılan erməni hərbi əsirlərlə bağlı məsələyə də toxunulub.