Oktyabrın 18-də İstanbulda keçirilən “3+3” platforması çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəm məsələlərini və Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsinə yönəlmiş dialoqun davam etdirilməsini müzakirə ediblər.
Nazir Mirzoyan prosesdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyib.
Görüşdə həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.