Oktyabrın 18-də “3+3” regional platforması çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşü olub. ER XİN məlumat verir.
Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması” sazişi üzrə danışıqları davam etdirərək, sazişin qısa müddət ərzində yekunlaşdırılması və bağlanması istiqamətində səylərin davam etdirilməsi barədə razılığa gəliblər. Tərəflər Türkiyənin qonaqpərvərliyini yüksək qiymətləndiriblər.