Avropa İttifaqının səfiri Vasilis Maraqos və 14 Avropa ölkəsinin fövqəladə və səlahiyyətli səfirləri bu gün Vanadzorda olublar. Bu barədə Vanadzor bələdiyyəsinin Facebook səhifəsində deyilir.
“Görüşdə Lori bölgəsinin qubernatoru Aram Qazaryan, Vanadzor icmasının rəhbəri vəzifəsini icra edən Arkadi Peleşyan, bölgə administrasiyasının və bələdiyyə administrasiyasının rəsmiləri iştirak ediblər.
Vanadzor icmasının rəhbəri vəzifəsini icra edən Arkadi Peleşyan səfirləri Vanadzorun baş meydanında qarşılayıb. O, Vanadzorun Avropa İttifaqı və ayrı-ayrı ölkələrlə uğurlu əməkdaşlığından danışıb. Arkadi Peleşyan “Dayanıqlı və Yaşıl İdarəetmə Alyansı” proqramını xüsusi olaraq vurğulayıb ki, bu proqram çərçivəsində icma bir sıra nailiyyətlər əldə edib.
Avropa İttifaqının səfiri Vasilis Maraqos çıxış edərək tərəfdaşlıq və tərəqqidən danışıb.
Rəsmi çıxışlardan sonra avtobusların bilet satışı sistemi iştirakçılara nümayiş etdirilib.
Nümayəndə heyətinin səfəri Lori bölgəsinin digər icmalarında da davam etdiriləcək”, - məlumatda qeyd edilir.