Oktyabrın 16-da ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Amerika Birləşmiş Ştatların Birləşmiş Komitəsinin sədri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun ilə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub. Hər iki tərəf müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd edib.
Amerika tərəfi bəyan edib ki, ER Silahlı Qüvvələrinin transformasiyası və islahatlarına dəstəyini davam etdirəcək.
Regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.