Serbiya prezidenti Aleksandar Vuçiç BRİKS-ə üzv olmaqda maraqlı deyil. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç məlumat verib, Srbin İnfo yazır.
Rəsmi şəxsin sözlərinə görə, o, Vuçiçlə birlikdə Avropa İttifaqına daxil olmağın tərəfdarıdır. Daçiç iki strateji oriyentasiyanın eyni vaxtda olmasını qeyri-mümkün hesab edib.
Daxili İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, Aİ ölkələri ilə litiumun çıxarılması və ya Fransanın “Rafale” qırıcılarının alınması Belqradın Qərbə tam dönüşü demək deyil.