ER parlamentinin sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib.
Bu barədə A.Simonyanın mətbuat katibi Movses Harutyunyan məlumat verib.
“Azərbaycan tərəfi son anda əvvəllər əldə edilmiş razılaşmadan imtina etdi.
Yerevana qayıtdıqdan sonra ER parlamentinin sədri görüşün ləğv edilməsinin səbəbləri ilə bağlı əlavə açıqlama verəcək”, - məlumatda deyilir.