Oktyabrın 15-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Çexiyaya işgüzar səfəri zamanı Praqada keçirilən “Forum 2000” konfransında iştirak edib.
Təhlükəsizlik Şurasının Aparatından verilən məlumata görə, konfrans zamanı Təhlükəsizlik Şurasının katibi ER-Aİ ikitərəfli münasibətləri haqqında danışıb, ER-Aİ tərəfdaşlığının yeni gündəliyinin, eləcə də vizanın liberallaşdırılması məsələsi üzrə başlanmış rəsmi dialoqun əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, bu gün artıq genişlənən və təhlükəsizlik sektorunu əhatə edən ER-Aİ münasibətləri heç vaxt bu qədər güclü olmayıb və xüsusən də ikitərəfli istəyi nəzərə alaraq bu gün sabit inkişaf tendensiyası var. TŞ katibi ikitərəfli münasibətlərin demokratiyaya əsaslandığını da vurğulayıb. Bu kontekstdə Armen Qriqoryan Aİ-nin mülki missiyasının fəaliyyətini və Avropa Sülh Aləti çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Konfransın ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirakçıların suallarını cavablandırıb.