Alimlər Taron Acemoğlu, Saymon Conson və Ceyms A. Robinson 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.
Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər.
Laureatlar göstərdilər ki, ölkələr arasında rifah səviyyəsinin fərqli olmasının səbəblərindən biri də müstəmləkəçilik zamanı yaranmış sosial institutlardır. Alimlər öz araşdırmalarında bir vaxtlar zəngin olan keçmiş müstəmləkələrin niyə indi yoxsullaşdığını və əksinə olduğunu izah edirlər.
Taron Acemoğlu İstanbulda erməni ailəsində doğulub, Qalatasaray Kollecini bitirib, York Universitetində bakalavr, London İqtisadiyyat Məktəbində magistr və doktorantura təhsili alıb. Saymon Conson İngiltərənin Şeffild şəhərində anadan olub, Oksfordu bitirib, Mançester Universitetində magistr dərəcəsi və Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsi alıb. Ceyms Robinson Britaniya vətəndaşıdır və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin bakalavr dərəcəsinə, Uorvik Universitetində magistr dərəcəsinə və Yale Universitetində fəlsəfə doktoru dərəcəsinə malikdir. Acemoğlu və Conson hazırda Massaçusets Texnologiya İnstitutunda, Robinson isə Çikaqo Universitetindədir.