Baş nazir Nikol Paşinyan ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
İkitərəfli və regional münasibətlərin gündəliyinə dair məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Qazaxıstan prezidentinin 2024-cü ilin aprelində Ermənistana rəsmi səfərinin nəticələrini yüksək qiymətləndirib və səfər nəticəsində Ermənistanla Qazaxıstan arasında münasibətlərdə yaranan yeni dinamikanı qeyd ediblər.
Həmsöhbətlər Ermənistan Respublikasının Prezidenti Vaհaqn Xaçaturyanın Qazaxıstan Respublikasına bu gün başlayan rəsmi səfərini vurğulayıblar.