Oktyabrın 14-də ER müdafiə naziri Suren Papikyan Fransanın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının cari kursu və gələcək planları ilə bağlı məsələlər, o cümlədən Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və onlar çərçivəsində Fransa ilə əməkdaşlıq planları ilə bağlı məsələlər müzakirə edilib.