İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Aşqabadda keçirdiyi görüşdə Rusiyanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.
Bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.
“Biz regiondakı məsələləri, xüsusilə İsrailin Livanda və Qəzza zolağında qadın və uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı Rusiyanın daha fəal rol oynamasını müzakirə etdik”, -Pezeşkian vurğulayıb.