ABŞ prezidentinin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəsmi Bakının Dövlət Departamentində Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinə çağıran məktubunun yazılmasına dair iddialarını təkzib edib.
Bakıda keçirilən brifinqdə bu ittihamları şərh edərkən o bildirib ki, Amerika demokratiyasının gücü hakimiyyətlərin bölünməsindədir.
“Bizdə bərabər hakimiyyət qolları var. ABŞ-da Prezident və İcra Hakimiyyəti Konqresə nəzarət etmir. Bu demokratiyamızın güclü olmasının səbəbidir. Konqremenlər düşündüklərini deyirlər.
Bizim fikirlərimiz isə hamıya məlumdur. Konqresdəki insanların hərəkətlərinə nəzarət etməyimiz haqda iddialar əsassızsır, bizim sistemə ziddir. Onların müstəqil statusu var”, - Podesta qeyd edib.
O, konqresmenlərin məktubunun məzmununa toxunaraq deyib: “Məktub onların Azərbaycanda insan haqları ilə bağlı narahatlığını əks etdirir. Bunlar onların öz müstəqil baxışlarıdır. Ona görə də bu məktubu imzalayanların özündən niyə belə fikirə düşdüklərini soruşmaq lazımdır.
Prezident və Dövlət Katibi Konstitusiyaya uyğun olaraq öz səlahiyyətlərinə malik olan müstəqil hakimiyyət qoluna təsir göstərmir və onun əvəzinə məktub yazmır”, - Podesta vurğulayıb.