Avropa Parlamentinin üzvü Natali Luazo bildirib ki, onun təşəbbüsü ilə Avropa Parlamenti Azərbaycanda keçiriləcək COP29 məsələsi ilə bağlı debat keçirə bilər.
O xatırladıb ki, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılıdır, bu ölkədə insan hüquqları kütləvi şəkildə pozulur. Onun sözlərinə görə, Bakı da Fransaya qarşı düşmənçilik hərəkətləri həyata keçirir.
“Bundan başqa, Bakı hələ də Ermənistanla sülh imzalamayıb və 100 min erməninin etnik təmizləməsində günahkardır”.
ABŞ konqresmeni Frank Fallon da Azərbaycan hökumətinin əməllərinə görə məsuliyyət daşımamasından narahatlığını ifadə edib.
"Öz reputasiyalarını bərpa etmək üçün COP29-dan istifadə etməyə icazə verilə bilməz".