Gürcüstanın baş naziri bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə Gürcüstan 10% iqtisadi tənəzzülə uğrayacaq.
“Rusiya ticarətində xarici ticarətimizin payı 0,3 faiz təşkil edir, müvafiq olaraq, Moskvaya qarşı sanksiyaların tətbiqi heç bir effekt verməyəcəkdi. Bizə gəlincə, iqtisadçılar hesab edirlər ki, belə olan halda ölkədə birinci ildə 10 faiz, ən pis halda isə 18 faiz iqtisadi tənəzzül yaşanacaqdı və bu da iqtisadi kolapsa gətirib çıxaracaqdı. Müxalifətin və bağlı qapılar arxasında olan bəzi şəxslərin bizdən tələb etdiyi də budur. İndi də Avropa Parlamenti bunu açıq elan etməyə cəsarət edib”, - İrakli Kobaxidze bildirib.
Onun fikrincə, iqtisadi problemlər müxalifətin müharibə və hakimiyyət dəyişikliyi yolunu asanlaşdıracaqdı.